Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nazir Neftcalaya gedir

21 views11/03/2016

17:56

19:49 – xeber – Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 16-da Neftçala rayonunda vətəndaşların qəbulu keçiriləcək.
 
Axar.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbulda Neftçala, Salyan və Biləsuvar rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
 
Qəbul saat 11:00-da Neftçala rayonu Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34A) keçiriləcək.
 
Vətəndaşlar Şirvan regional ədliyyə şöbəsi (Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, (050) 567-98-24), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Neftçala rayonu Heydər Əliyev Mərkəzində qəbula yazıla bilərlər.
 
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin keçirəcəyi qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler