Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nazir meshur cobana vezife verdi – Video

26 views21/04/2017

17:34


[r32]
– xeber –
Məlahətli səsi və peşəkar ifası ilə sosial şəbəkələrdə məşhurlaşan, çoban olduğu bildirilən gənc Pərvin Səfərovla bağlı məlumat vermişdik.
Kult.az xəbər verir ki, video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi istedalı gənc P.Səfərovla maraqlanılıb.
Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və Mətbuatla İş sektorunun müdiri İntiqam Hümmətov Unikal.org-a deyib ki, Pərvin Səfərov yaşadığı kəndin mədəniyyət evində işə götürülüb:
"Mətbuatda onun ifasının əks olunduğu video yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin göstərişi ilə bizim əməkdaşlar Pərvin Səfərovla əlaqə saxladı. Nazirliyin Biləsuvar Regional Mədəniyyət Turizm İdarəsinin rəhbərliyi Pərvingilin evində ailəsi ilə görüş keçirib. Bu gün Pərvin Səfərov Salyan rayonunda keçirilən bir tədbirə dəvət olunub və orada çıxış edib.
Nazirlik rəhbərliyinin göstərişinə əsasən O, Qaçaqkənd kəndində yerləşn mədəniyət evinə işə götürülüb. Əməkdaşlarımız onun yaradıcılığını diqqətdə saxlayacaq və lazımi köməklik göstərəcəklər”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler