Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nazimle Elton arasinda pul davasi

10 views21/11/2016

17:08

21 Noyabr 2016 19:04 – xeber –
Müğənni Nazim Məmmədovla Elton Hüseynəliyev arasında qalmaqal yaşanıb. 
Olkem.az axşam.az-a istinadən bildirir ki, N.Məmmədov qarşı tərəfə mahnı verdiyini, amma pulunun ödənmədiyini söyləyib:
"Alətlərdə ifa edənlərin cibinə pul qoyulmalıdır. Aranjman üçün Türkiyəyə pul göndərilməlidir. Bunu cibimdən ödəməli deyiləm ki".
E.Hüseynəliyev həmkarının sözlərinə əsəbləşib. O bildirib ki, onun açıqlamasından sonra dostluq münasibətlərini bitirib. 
E.Hüseynəliyev Nazimi onunla özünü reklam etməkdə günahlandırıb:
"Nazim beş manat istəyib, on vermişəm. Bunu ictimailəşdirməyə gərək yox idi. Ona cavab verməyə ehtiyac yoxdur. Bundan sonra dostluğumuzun davam etməsi mümkün deyil. Mənimlə özünü reklam etmə. Mənimlə birlikdə çox müğənni səni reklam etdi. İndi həyatını yaşa da. Sən mənə söz atmaqla, nəyisə ictimailəşdirməklə nə olacaq? Hamı yaxşı bilir ki, Elton əliaçıqdır. İnsanın borcu olar da, eyib deyil. Mən heç kimin pulunu ödəməyib, pis vəziyyətdə qoymaram. Özü də mahnı tam ərsəyə gələndən sonra pulu ödənilir. Onun mənə verəcəyi mahnının heç on faizi hazır deyildi. Mənə göndərdi, ritmi bəyənmədim. Ondan əvvəl Nazimlə elə bir mahnı işlədik ki… O qiymətə Azərbaycanda heç kim aranjman etmir. Kim 6 min dollar aranjmana pul ödəyir? Bu günə qədər sən mənimlə iş görüb, pul qazanmısansa, gərək elə etməzdin. Bundan sonra onunla heç bir iş etməyəcəm".

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler