Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nazarbayev paytaxtin adini deyisir

13 views23/11/2016

09:16

– xeber –
Qazaxıstanın paytaxtı Astananın adının dəyişdirilməsi və şəhərə ölkə prezidenti Nursultan Nazarbayevin adının verilməsi təkilf edilib.
Report xəbər verir ki, ölkə parlamentinin bir qrup deputat bununla bağlı qanun layihəsi hazırlayıb.
Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə hazırlanan layihədə Astananın adının dəyişdirilməsi təklifi də əks olunub.
“Ölkə konstitusiyasında dövlətimizin birinci prezidenti, millətin lideri Nursultan Abişeviç Nazarbayevin əməyinin qeyd olunmasını, Elbaşının (Nursultan Nazarbayevi belə də adlandırırlar – “Report”) adının paytaxtın adında və ölkəmizdəki başqa obyektlərdə öz əksinin tapmasını təklif edirik”, – Qazaxıstan parlamentinin Aşağı Palatasının deputatı Kuanış Sultanov vurğulayıb.
Qeyd edək ki, dekabrıln 16-da Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümüdür.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler