Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

NATO: “Rusiya sakitlesmelidir”

9 views25/11/2016

08:08

– xeber –
Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Oksford universitetində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, NATO-nun addımları müdafiə və proropsional xarakter daşıyır:
“Biz yeni soyuq müharibə istəmirik, Rusiya ilə münasibətlərin gərginləşməsini arzulamırıq. Müharibənin qarşısını almaq məqsədi ilə Şərqi Avropada gücümüzü artırırıq. Bununla belə, Alyans Moskva ilə siyasi dialoq imkanını hələ də açıq saxlayıb”.
Stoltenberq Rusiyanı sakitləşməyə və NATO-nun genişlənməsi ilə barışmağa çağırıb:
“Mən anlamıram, Rusiya nə üçün Mərkəzi və Şərqi Avropada yeni müttəfiqlərinin yaranması ilə əlaqədar NATO-nun genişlənməsini təxribat hesab edir? Əslində, Alyans şərqə doğru genişlənmir, sadəcə, Polşa, Estoniya, Litva, Latviya, Macarıstan quruma üzvlüklə bağlı müraciət ediblər. Rusiya sakitləşməli və qonşularının öz yollarını özlərinin seçdiyini qəbul etməlidir”.
Qeyd edək ki, NATO 2017-ci ildə Baltikyanı ölkələr və Polşada 4 ölkənin batalyonlarını yerləşdirməyi planlaşdırıb. Buna cavab olaraq Rusiya S-400 hava hücumundan müdafiə sisteminin Kalininqrada göndərib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler