Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

“NATO muttefiqlerini mudafie edecek”

5 views07/11/2016

18:16

20:09 – xeber – NATO öz müttəfiqlərini müdafiə etməyə hazırdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ ordusunun Avropadakı komandanlığının keçmiş rəhbəri Filip Bridlav söyləyib. Onun sözlərinə görə, Rusiyanın taktikası hələ də dəyişməyib:
 
“Uels sammiti ərəfəsində Rusiya aqressiv siyasət nümayiş etdirərək, Krımı ilhaq etdi, Donbas və digər əməliyyatları həyata keçirdi. Bu, bizim şərqdəki (NATO-nun şərqi – red.) müttəfiqlərimizdə narahatlıq yaratdı və buna görə Uelsdə öz müttəfiqlərimizi onları müdafiə edəcəyimizə əminlik yaratmaq üçün qərar qəbul etdik. Rusiya hələ də Ukrayna və Gürcüstana qarşı aqressiv fəaliyyətini davam etdirir. NATO indiyə qədər sadəcə Rusiyanın aqressiyasına cavab verir”. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler