Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

NATO Litvada telimlere basladi

8 views20/11/2016

23:16

– xeber –
Litvada NATO-nun “İron Svord” adlı təlimləri başlayıb.
APA-nın verdiyi xəbərə görə, təlimlərdə 4 min hərbçi iştirak edir. Təlimlərə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniya hərbçilərinin qatıldığı bildirilir.
Təlimdə hərbçilər arasında əlaqələndirmə, real döyüş şəraitində birgə fəaliyyətin yoxlanılması və təkmilləşdirilməsi, hücum və müdafiə əməliyyatlarının təşkili, yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler