Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

NATO generali SQH-nin Akademiyasinda oldu – Foto

10 views24/11/2016

17:24

– xeber –
"NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti akademiyanın rəhbərliyi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən proqramların müzakirəsi ilə yanaşı, Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-nun üzv və tərəfdaş dövlətlərlə yaranmış əlaqələr və bu istiqamətdə perspektivlər barədə məlumat verilib. Qonaqlara akademiyanın yaranma tarixi, strukturu, təlim-tədris prosesi və digər fəaliyyətləri barədə ətraflı brifinq təqdim edilib.
Tədbir proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicilərinə "NATO-nun komandanlıq strukturu", "Azərbaycan-NATO əməkdaşlığı", "Strateji proqnozlaşdırma analizi", "NATO-da əməliyyatların planlaşdırılması prosesi", "Əməliyyat İmkanları Konsepsiyası", "NATO-Varşava Zirvə Toplantısından sonra", "NATO-Cənubi Qafqaz tərəfdaşlığı" və digər mövzularda mühazirələr təqdim olunub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler