Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Narkotik terkibli bitki beceren saxlanildi – Foto

12 views27/11/2016

13:44

– xeber –
Göygöldə qanunsuz olaraq narkotik tərkibli bitki əkib becərən və saxlayan şəxs saxlanılıb.

APA-nın verdiyi məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Balçılı kənd sakini 1955-ci il təvəllüdlü İlqar Əliyev şübhəli şəxs kimi saxlanılıb.

Onun üzərinə baxış zamanı cibindən 45 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı İ. Əliyev yaşadığı evin həyətində də narkotik tərkibli bitkilər əkib becərdiyini, həmçinin kəndin yaxınlığında olan çaydan yabanı halda bitən çətənə kolları topladığını bildirib.
Saxlanılan şəxsin evinə baxış zamanı bir neçə kisə qurudulmuş marixuana və xaş-xaş toxumları aşkar olunaraq götürülüb. İlqar Əliyev bir ildir ki, narkotik tərkibli bitkilər əkib becərdiyini deyib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler