Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Nadir teyyarede qalmaqaldan danisdi: "Qanun qarsisinda cavab verecek" – YENİLENİB

14 views21/11/2016

14:08

21 Noyabr 2016 16:00 – xeber –
16:00
Mətbuatda müğənni Nadir Qafarzadə ilə Rusiyanın "Aeroflot" şirkətinin əməkdaşı arasında insident baş verməsi xəbəri dərc olunub. Məlumatı dəqiqləşdirmək üçün Olkem.az müğənni N.Qafarzadə ilə əlaqə saxladı. İfaçı isə bu xəbəri təkzib etdi:
"Öncə bildirim ki, mən "Aeroflot"la yox, "Azal"la uçmuşam. Bu xəbər isə kökündən yalandır. Məlumatı dəqiqləşdirmək üçün mənə bir jurnalist zəng etdi, söylədim ki, "yalandır". Bu tip xəbərləri mənim düşmənlərım yayırlar. Mən heç siqaret çəkmirəm, o ki qaldı içki içəm. Bəzi saytlar artıq bilmirlər ki, barəmdə nə yazsınlar ki, reytinq qazansınlar. Amma indidən xəbərdarlıq edirəm ki, barəmdə hər hansı bir əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaqlar". 
Qeyd edək ki, qafqazinfo.az N.Qafarzadənin Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə etdiyi barədə xəbər yazıb. Xəbərdə bildirilirdi ki, mübahisəyə səbəb Nadirin əlavə spirtli içki istəməsi olub. 
———–

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler