Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Mugennilere meslehet: "Onlari qocular vasitesile qorxutmaqdansa…"

12 views06/11/2016

13:16

6 Noyabr 2016 15:08 – xeber –
Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir edən keçmiş "Nida"çı, hazırda YAP üzvü olan Elsevər Mürsəllinin həbs etdirməsi bir neçə gündür ki, maqazin gündəmində müzakirə olunur. 
Belə ki, ilyarım əvvəl Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Buna görə müğənni Mətanət Əsədova Elsevər Mürsəlli barəsində Xaçmaz Rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. Bundan sonra E.Mürsəlli barəsində Cinayət Məcəlləsinin 148-ci ( təhqir) maddəsi ilə cinayət işi başlanıb. Rayon məhkəməsi E.Mürsəllinin müğənnini təhqir etməsini təsdiqləyərək, onu 6 ay şərti cəzaya məhkum etmişdi. 
Lakin müğənni məhkəmənin qərarı ilə razılaşmayıb və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Müğənninin şikayəti üzrə noyabrın 2-də keçirilən iclasda qərar verilib. 
Hakim Hüseyn Nəbiyev M.Əsədovanın dəlillərini əsaslı sayıb və E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar verib. E.Mürsəlli məhkəmə zalında həbs olunub. Vəkil C.Yusifov verilmiş qərarın əmələ adekvat olduğunu açıqlayıb. 
Müğənninin bu addımı mübahisələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri arasında müğənninin onu təhqir edən şəxsi bağışlamasını istəyənlər olsa da, bəzi istifadəçilər M.Əsədovanın doğru addım atdığını bildiriblər. Hətta müğənninin bəzi sənət adamları kimi şəbəkə istifadəçilərini təhqir etməyərək hüquqi yola baş vurmasını alqışlayıblar. 
Çünki şou-biznesin tanınmış simalarının çoxunun onu sosial şəbəkələrdə təhqir və tənqid edənlərə təhqirlə cavab verməsi adi hala çevrilib. Onlar arasında xalq artisti də, əməkdar artist də, adi müğənni də var. Yaxın keçmişə nəzər salsaq, görərik ki, xalq artisti Aygün Kazımova libasının açıq-saçıq olduğunu, ona yaraşmadığını yazan izləyicilərini "Hər birinizin mənfi rəyi mənim belə bir yerimə, bədbəxtlər. Oy, öldüm gülməkdən…", – ifadələri ilə təhqir etmişdi. A.Kazımovanın bu addımı uzun müddət müzakirələrə və tənqidlərə səbəb olmuşdu. 
Əməkdar artist Röya Ayxan isə təhqirə özünəməxsus çarə tapmışdı. O, İnstaqram-da onu təhqir etmiş Elnur adlı şəxsi görüşə çağırmış və özü isə görüşə tək getməmişdi. 
Röya həmin hadisənin görüntülərini sosial şəbəkədə yaymışdı: "Mənim əzizlərim, İnstaqram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi? Kim hansı qiyməti istəyir, onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi "……". Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq". 
Röyanın bu addımı qanun pozuntusu kimi qiymətləndirilmişdi. 
Müğənni Nadir Qafarzadə də paylaşdığı şəkilinin altında onu təhqir edən izləyicilərini sərt tənqid etmişdi: "Bütün Azərbaycana, salamlar! Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız ve zövqsüz cahillərdir. Onların sevgisi də özləri kimi kalitəsizdir. Çünki mənim varlığım onları narahat edir. Mən Allahın mübarək və seçilmiş bəndəsiyəm. Nə, xoş mənə… Səhifəmə girib, təhqir və söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə".
Son olaraq isə, müğənni Səidə Sultan öz İnstaqram səhifəsində nənəsi ilə bağlı qalmaqala görə onu təhqir edənlərə təhqirlə cavab verib: "Baxıram sosial şəbəkələrdə mənə təhqir yazan …! Siz xalq deyilsiz, siz xalqın "atxod"larısız! Mənim xalqım mehribandır, insan sevəndir. İki şey məni qıcıqlandırır. "Nənənin üzünə tüpürdü". Gəlin, məntiqlə fikirləşək. Bir ana öz oğlunun qəbrinə, onun övladına hörmət etmirsə, milyonlarla insanın qarşısında çıxıb şərləyirsə, xalqın "atxod" insanlarının ağzına söz atırsa, o nənənin üzünə tüpürmək yox eee… Azərbaycandan deport etmək lazımdır. Mənə elə gəlir ki, nəinki mən, heç bir evdə elə ağsaqqalı arzu etməzlər. Kim ki, məni qınayır, Allah onun evinə elə ağsaqqal nəsib etsin. O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Allah böyükdür. Çünki onlar soruşmamış, maraqlanmamış, xəbər verməmiş, namərdlik etdilər. Mən efirdə oynayacam, atdanıb-düşəcəm, əcəb edəcəm. "Tərbiyəsiz" deyənlərə isə cavab verirəm ki, tərbiyəsiz sizin nəslinizdir, evinizdəki qızlardır. Mənim haqqıma girməyin, lənət olmuşlar". 
Bəs, sənət adamları ilə şəbəkə istifadəçilərinin münasibətləri necə tənzimlənməlidir? 
Olkem.az xəbər verir ki, musavat.com məsələ ilə bağlı hüquqşünas Ruslan Əhmədoğlu ilə əlaqə saxlayıb. Hüquqşünas bildirib ki, müğənnilər onları təhqir edənləri təhqir edərək, qanun pozuntusuna yol verməkdənsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər: "Mətanət Əsədovanın məsələsindən məlumatlıyam. O vaxt Mətanət xanımın məsələsini həmkarım Ceyhunla danışmışdıq. Belə qərara gəldik ki, istər tanınmış, istərsə də adi insanların başına belə hadisə gəlsə, onlara kömək edək. Hər kəs danışığına və yazdığına görə məsuliyyət daşıyır. Bir insanın təhqir olunması yolverilməzdir. Əksər hallarda müğənnilər, tanınmış şəxslər məsələnin hüquqi tərəfdən həllindən çəkinirlər. Mətanət Əsədova doğru addım atdı, hüquq-mühafizə orqanlarına müraciət edərək, onu təhqir edən şəxsi həbs etdirdi. Bu hadisə onu göstərdi ki, artıq söyüşə və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunma qanuni haldır. Xarici ölkələrdən fərqli olaraq Azərbaycan qanunvericiliyində mülki məsələdə mənəvi ziyan kimi istənilən təzminatlar bir az qanun tərəfindən zəif formada tənzimlənir. Çünki xaricdə bu kimi hallarda təzminat yüz minlərlə ABŞ dolları ilə tənzimlənirsə, bizdə hakimlərimiz bunu 10 min manata qədər təmin edir. Praktika göstərir ki, ən yüksək təzminat İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva qalmaqalında tələb olunub. O da 25 min manatdır. Qanunda təhqir, söyüşlərə görə cəzalar daha da sərtləşdirilsə, hər kəs öz dilinə yiyəlik edəcək və ən azından biləcək ki, ən yaxşı halda bir xeyli təzminat ödəyəcək və ya həbs olunacaq. Tanınmış səxslərə, müğənnilərə məsləhətim odur ki, heç nədən çəkinməsinlər. Onları təhqir edənləri kafeyə çağırmaq və hansısa qoçular vasitəsilə onları qorxutmaqdansa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər". 

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler