Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Mufti “muselman batalyonu”na qarsi cixdi – Ukraynada

8 views27/11/2016

17:52

– xeber –
Biz dinin siyasətə qarışmasının əleyhinəyik. Biz hansısa batalyonun dini və ya milli zəmində olmasını istəmirik.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri şeyx Əhməd Tamim Ali Radanın sədri Andrey Parubiyin də iştirak etdiyi Ümumukrayna məbədləri şurasının iclasında deyib. O bildirib ki, ölkədə radikalizm və ekstremizmin yayılmasından çox narahatdır:
“Biz qətiyyən arzulamazdıq ki, Ukrayna İŞİD-in yeni məskəninə çevrilsin”.
Qeyd edək ki, müftinin bu sözləri “müsəlman batalyonu” (“Krım” batalyonlarından biri) adlı silahlı qurumla bağlı narahatlığının ifadəsidir. Ukraynada yaradılan bu batalyonun Suriyadakı döyüşçülərlə əlaqədə şübhəli bilinən Almaniya sələfilərinə bağlı olduğu barədə söz-söhbətlər gəzir. Rusiyanın “Layf” kanalı isə hətta “Azov” və “Tornado” batalyonlarının döyüşçüləri arasında İŞİD və Əl Qaidə simvollarını internetdə yayan döyüşçülərin olduğunu iddia edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler