Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Muellimler kitaba pul vermek istemir…

8 views06/11/2016

07:44

09:30 – xeber – Axar.az tanınmış şair, tədqiqatçı alim Bilal Alarlı ilə müsahibəni təqdim edir:
 
– Bilal bəy, oxucu qıtlığına səbəb nədir, niyə sovet dönəmində bədii əsərlərin satışı, oxunması indikindən qat-qat yaxşı idi?
 
– Əslində, Azərbaycanda sovet dönəmində də mütaliənin səviyyəsi yüksək olmayıb. Əlbəttə, indikinə nisbətən kitabxanalara gəliş və kitab oxunuşu kafi idi. Macəra, sentimental və sair bu kimi kitablar alınır və oxunurdu. Teodor Drayzer, Cek London, Viktor Hüqo, Heminquey, Tolstoy kimi yazıçılar müəyyən təbəqənin oxu dairəsinə mənsub idi. Onlara geniş şəkildə ötən yüzilliyin 70-80-ci illərində müraciət olunurdu. Sonra bu maraq da qapandı.
 
– Axı deyirlər, o illərdə mütaliəyə maraq daha çox olub.
 
– O dövrlər fəal oxucu qrupuna tələbələr, nisbətən orta məktəblərin yuxarı sinif şagirdləri daxil idi. İndi də belədir, Azərbaycanda fəal oxucu qrupunu məhz bu təbəqə təşkil edir. Bu da ixtisas seçimi və təhsillə bağlı olan bir haldır. Kütləvi oxucu anlayışı get-gedə öz aktuallığını itirir.
 
– Bu, əslində, faciəli bir haldır.
 
– Əlbəttə, əhalinin oxuculuq qabiliyyəti zəifləyirsə, hansı yüksək mənəvi keyfiyyətlərdən danışmaq olar?!
 
– Bu, niyə belə oldu? Sizin fikrinizi bilmək maraqlı olardı.
 
– Məsələ burasındadır ki, ötən yüzilliyin sonlarından fərqli olaraq, indi informasiya mənbələri çoxalıb. Radio və televiziyaya internet əlavə olunub. Sosial şəbəkələr isə oxuyub-yazmağı bacaran insanların asudə vaxtlarının xeyli hissəsini götürür. Mən özüm də bu informasiya mənbələrindən istifadə edirəm. Açığını deyim, bir gün sosial şəbəkədən əlim üzüləndə elə bilirəm, cəzirəliyə düşmüşəm və böyük dünyada nələr baş verməsindən xəbərsizəm.
 
– Bu yaxşıdır, yoxsa pis?
 
– Yaxşı da olsa, pis də olsa, biz bu axınla gedirik. Ona görə də ədəbiyyat da tədricən öz təbliğat imkanlarını texniki nailiyyətlərə yükləyir. Amma bu da faktdır ki, bəşəriyyətin ən böyük kəşfi kitabdır və kitab olaraq da qalacaq. Etibarlılığına, elmi və ədəbi nailiyyətləri nəsillərdən nəsillərə ötürmək imkanlarının genişliyinə görə kitab əvəzsiz mənbədir.
 
– Bilal müəllim, sizin mütaliənizin geniş olması məlumdur. Üstəgəl, regionda yazıb-yaradan bir çox insanların kitablarının dərcində, onların əsərlərinə elmi münasibət bildirməkdə də xidmətiniz əvəzsizdir. Və bu, təkcə yaşadığınız bölgə ilə kifayətlənmir.
 
– Mən indi də kitab mağazalarını gəzir, yeni kitablar alıram. Sovet dönəmində ən ucuz kitab 3-5 qəpiyə, ən baha kitab isə 1-2 manata idi. Şəxsi kitabxanamda 10 mindən yuxarı kitab olub, onun böyük əksəriyyətini pulla almışam. Amma kitabxanamda bağışlanmış kitablar da çoxdur. Özüm də otuzdan yuxarı kitab yazmışam. Tədqiqat xarakterli kitablarımı yazarkən 2-3 min kitab oxumuşam. Hazırkı oxucu təbəqəsini də əsasən məqsədli mütaliə ilə məşğul olanlar təşkil edirlər.
 
– İnsanlarımızın kitaba münasibətinin zəif olmasından, oxumamasından, kitab almamasından şikayətlənirik. Dolanışıq bəzən kitaba, qəzetə vəsait ayırmağa imkan vermir, amma oxumaq istəyənlərimiz də yox deyil.
 
– Son vaxtlar kitabxanamda olan kitabları paylamaqla məşğulam. Soruşa bilərsiniz ki, 40-45 ilə yığdığım kitablarla niyə belə rəftar edirəm?! Birincisi, bu kitablar kitabxanamda qaldığı 40-45 ildə mənə lazım olmadısa, bundan sonra çətin ki, lazım ola! İkincisi, mənə lazım olmayan (əlbəttə, lazım olmayan ifadəsi nisbi xarakterlidir) kitablar kiməsə gərəkli görünür. Bəlkə də kimsə bu kitabları çıraqla gəzir, tapa bilmir… Mən, əslində, bu işi görməklə kitab təbliğatçısı kimi çıxış edirəm.
 
– Demək, mütaliə edənlərimiz azalsa da, kitaba maraqlı olanlarımız heç də tükənməyib.
 
– Bu yaxınlarda yaşadığım Alar kəndində kitabxana binasının təmirdən sonrakı açılışı oldu. Bu tədbirdə uzaq Rusiyadan, Bakıdan nümayəndələr iştirak edirdilər. Hətta açılışa Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də gəlmişdi. Bir kənddə kitabxananın açılışına belə yüksək qiymət verilirsə, demək, kitaba maraq ölməyib.
 
– Demək…
 
– Demək, konkret olaraq, deyə bilərəm ki, cəmiyyəti kütləvi mütaliəyə cəlb etmək artıq mümkün deyil. Kitabın arxasınca yalnız bu kitaba ehtiyacı olanlar gəlirlər və gələcəklər.
 
– Bilal müəllim, gənc nəslin oxumağa marağı da bir yazar, tədqiqatçı alim olaraq nəzərinizdən yayınmaz.
 
– Bilirsiniz ki, mən həm də ali məktəblərdən birində dərs deyirəm. Müşahidələrim belədir ki, tələbələrin böyük əksəriyyəti tədris olunan fənlə bağlı kitabları (yəni dərslikləri) axtarıb tapa bilmir, yalnız mühazirəni yazmaqla kifayətlənir. Çünki ona imtahanda kafi cavab verməyə mühazirə bəs edir. O ki qaldı bədii ədəbiyyatın oxunuşuna, deyim ki, bu da olduqca aşağıdır.
 
– Sizcə, bu, niyə belə oldu?
 
– Bir yandan yazan çoxalıb, digər tərəfdən bədii keyfiyyətinə görə dəyərli-dəyərsiz əsərlərə qiymət vermə səviyyəsi yetərincə deyil. Bu da bədii zövqü korlayır. Həqiqi oxucu zamanın sınağından çıxmış, yəni öz bədii dəyərini təsdiq etmiş əsəri oxumağa üstünlük verir. Mən belə fikirdəyəm ki, bu, təbii prosesdir və bir müddət belə də davam edəcək. Mənə etiraz edənlərə bircə faktı söyləyirəm: İşlədiyim məktəbdə müəllimlər bircə qəzetə belə abunə yazılmayıb və bunu onlardan tələb edən də yoxdur. Bədii kitaba isə hansısa müəllim həmkarımın pul verdiyini görməmişəm. Əgər müəllim mətbuatı izləmirsə, ildə bir bədii kitab oxumursa, onun şagirdlərindən hansı mütaliə mədəniyyətini gözləmək olar?!

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler