Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Mudriklik mebedgahi: Ustad Eliekber Hesenzade – Foto

9 views29/11/2016

19:52

– xeber –
Geniş ictimaiyyətin Əli Əkbər Həsənzadə kimi tanıdığı ilahiyyatçı alim, bu parlaq şəxsiyyət kimdir?
Ailəsi haqqında.
Həsənov Ələkbər İsfəndiyar oğlu. Atası Həsənov İsfəndiyar Məşədi Həsən oğlu 1927-ci ildə Göyçə mahalının Bəyazid rayonunun Ağqala kəndində anadan olmuşdur. Anası Ləzifə Məmmədəli qızı Həsənova əslən İrəvan şəhərindəndir. Atası İsfəndiyar Həsənov 1945-ci ildə 2-ci dünya müharibəsinə çağrılmış və müharibənin başa çatması ilə əlaqədar Daşkəsən şəhərinə göndərilmişdir. O, həmin şəhərin ilk qurucularından olmuşdur. İsfəndiyar Həsənov bir müddət filiz emalı və istehsalı ilə məşğul olan müəssisələrdə müxtəlif vəzifələrdə çalışmış, 1970-ci il tarixdə Kəlbəcərdə Civə Zavodu kimi tanınan Kəlbəcər Ağyataq Şorbulaq Civə zavodunun müdiri vəzifəsinə təyin edilmişdir.
Ustad Əli Əkbər Həsənzadə 27 iyul 1951-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə S.Vurğun adına 4 saylı Daşkəsən şəhər orta məktəbində təhsil almış və həmin məktəbi gümüş medalla bitirmişdir. O. 1968-73-cü illərdə Azərbaycan Neft və Kimya (“Faydalı qazıntı yataqları axtarışının və kəşfiyyatının geofiziki metodları”) İnstitutunu bitirmişdir. Əli Əkbər Həsənzadə təyinatla gənc mütəxəssis kimi Rusiya Federasiyasının Kuybışev şəhərinə işləməyə göndərilmişdir. 1975-ci ildə Bakıya qayıtmış, Elmi Tədqiqat İnistutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Elə həmin dövrdə Elmi Tədqiqat İnistutunun aspiranturasının əyani şöbəsinə qəbul olmuşdur.
O, uşaq ikən babası Məşədi Həsəndən əski əlifbanı öyrənmişdir. Əli Əkbər Həsənzadə tələbəlik illərində Livanlı tələbələrlə tanış olmuş, onlardan ərəb-fars dillərini öyrənmişdir. Zaman keçdikcə onun bu dillərə marağı artmış, müstəqil surətdə bu dillərdə oxuyub-yazmağa başlamışdır. Məhz bu marağın nəticəsidir ki, Ələkbər Həsənzadə 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnistitutu yanında ikillik xarici dil kursunun “Ərəb dili”ni yaxşı qiymətlə bitirmişdir.
Əkbər Həsənzadə 1980-cı ildə ailə həyatı qurmuş, 5 övladı ( 1 oğlan, 4 qız) dünyaya gəlmişdir. 1989-cu ildən ömrünün sonuna qədər Bakı şəhərində Pirşağı qəsəbəsində yaşamışdır.
O, 30 ilə yaxın bir müddətdə insanlara təmənnasız olaraq ərəb dili və Quranı öyrətdi. Ustatdın tələbələrinin sayı-hesabı yox idi. Onu tanıyan insanların hamısından birmənalı şəkildə bu fikiri eşitmişəm: “Azərbaycanda Əliəkbər müəllimdən savadlı və mömin din adamı tanımıram”.Maraqlı insan idi: qeyri-adi xarizması var idi. Onun obrazını təsvir etməkdə sözlər acizidir. Allah Tala onu doğuluşdan müdrik ruhani obrazında yaratmışdı. Elmi biliklərinin sərhədləri hüdudsuz idi. Poyeziya, musiqi, fəlsəfə, dil bilgilərini də üstünə gəlsək, qeyri-adi dərəcədə biliyə malik bir şəxs idi. Sabir poyeziyasının vurğunu idi. Sabir şerlərini o qədər poetik cəhətdən gözəl ifa ilə söyləyirdi ki heyran olmaya bilmirdin. Zəngin elmi təfəfkürü və dünyagörüşü ilə hamıdan fərqələnirdi. Sovet dönəmindən ta ölümünədək insanlara müqəddəs Qurani-Kərimi öyrətmək kimi təmənasız xidməti müqəddəs kitabın nurunu onun ruhuna hopdurmuşdur.
Mən Əliəkbər Həsənzadəyə həmişə məbədgah kimi baxırdım. Cavabı olmayan sual yox idi onda. Həqiqət eşitmək istəyən və istəməyən adamlara eyni təmkinlə doğrunu söyləyirdi.
“Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin”. (Bəqərə 153)
Şəhid Doktor Əli Şəriəti və iki dəfə Nobel mukafatı laureatı olmuş Aleksis Karellin dua haqqında fikir və mülahizələrini başa düşmək üçün Ustad Əliəkbər Həsənzadənin yazdığı duaları tədqiq etmək kifayət edərdi. Bir gün Ustad öz evində iri bir şəffaf bir qutunun içərisindəki duaları göstərib dedi: “Bilirsən bunlar nədir? Bu şəffaf qutunun içərisindəki duaları mənə yazdırıblar, amma gəlib aparmayıblar”. Sonra sözünə davam edən Ustad bildirdi ki, bu dualar mən yazandan sonra dərhal Allah qatında qəbul olunduğu üçün bunu yazdıran insanlar ehtiyac duyub gəlib götürməyiblər.
Qeyri-adi dərəcədə təvəzökar olan Ustad dedi ki, Allah mənim qələmimə kəramət verib. Bu isə ona Allah Talanın bəxş etdiyi bir nemət idi. O, elm və müdriklik məbədi idi.
Əliəkbər Həsənzadə: “İlahi təqdirə qarşı getmək olmaz!”
Sonuncu görüş və sonuncu söhbət.
Ustadla sonuncu söhbətimizdə onun bir daha nə qədər müdrik bir alim olduğuna şahidi oldum. Ustadın özünü necə hiss etdiyini soruşdum. Dedi ki, pis hiss edirəm özümü. Təngənəfəs oluram, ürəyim çox pis ağrıyır. Dedim, Xocam, mənim yaxşı urək həkimi dostum var, hökmən gətirəcəm sizə baxsın.
Sonra bəzi söhbətlər etdik, məsləhətlər etdim. Ustad bildirdi ki, İlahi təqdirə qarşı getmək olmaz. Və maraqlı bir misal çəkdi dedi ki, tanıdığım bir ailə var idi, qardaşı xırda bir cinayət törətmişdi. O adam müxtəlif üsullarla onu məsuliyyətdən qutarmağa çalışdı və nail oldu. Nəticə çox ağır oldu, adam türmədən çıxıb gedib adam öldürdü. Və bütün ailəni daha böyük fəlakətlərə düçar etdi.
Ustadın ölümündən 3 gün əvvəl günorta vaxtı onunla telefon əlaqəsi saxladım. Dedi ki, xəstəxanadayam. Mən axşam saatlarında şair dostum Elşad Bayramov və ürək həkimi Akif Məmmədovla birlikdə Ürək Xəstəlikləri İnstitutuna tərəf getdik və nə qədər Ustadla əlaqə saxlamağa cəhd etsəm də, mümkün olmadı. Mən İlahi təqdirə qarşı getmək niyyətində deyildim, amma dostluq borcumu yerinə yetirmək istəyirdim. Lakin Ustadın dediyi kimi, İlahi təqdirə qarşı gedə bilmədik…
Uzun illər münasibət saxladığım və dostluq etdiyim Ustada bu qədər bağlı oğlduğumu onun ölümündən sonra anladım. Məkanın cənnət olsun, Xocam, inşallah görüşənədək!
(az.strategiya.az)

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler