Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"MTN isi"ne gore qovulan memurun yerine TEYİNAT

51 views06/01/2016

22:10

7 Yanvar 2016 00:08 – xeber –
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) texniki direktor təyin olunub. 
Olkem.az musavat.com-a istinadən xəbər verir ki, bu şəxs rabitə sahəsində uzun müddətdir çalışan Razi Tağıyevdir. Razi Tağıyev daha öncə "AZ-Evrotel" MMC-nin internet şöbəsinin rəisi və "Aztelekom" İstehsalat Birliyinin baş direktor müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, "MTN işi" çərçivəsində aparılan əməliyyatlar zamanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad olunub. Onun vəzifələrini müvəqqəti texniki direktor Rəsul Qurbanov icra edirdi. Rəsul Qurbanovu isə Yasamal Rayon Telefon Qovuşağına baş mühəndis təyin ediblər.

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler