Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

MŞ "Qarabag" mukafatini teqdim etdi – Foto

3 views26/11/2016

20:56

– xeber –
Bu gün Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusisyyətləri” mövzusunda konfrans keçirilib.
Trend-in məlumatına görə, konfrans iştirakçıları öncə Ümumilli lider Heydər Əliyevin Tərtər rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Toplantını giriş sözü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verib.
M.Məmmədov ölkənin ümumi iqtisadi inkişafının rayonun həyatına da müsbət təsir göstərdiyini konkret faktlarla əsaslandırıb. Müharibə təhlükəsinin hər zaman aktual olduğunu vurğulayan icra başçısı əlavə edib ki, cəbhəyanı bölgə olan Tərtərdə böyük ruh yüksəkliyi və qələbəyə dərin inam hissi var.
M.Məmmədov fikrini əsaslandırmaq üçün bu ilin aprel ayının 1-dən 5-dək olan dövrdə cəbhə xəttində yaranmış gərginliyin rayona təsirini əks etdirən məqamlardan söz açıb. O bildirib ki, həmin müddətdə Tərtərin hər bir sakini yüksək əzmlə cəbhəyə dəstəyini göstərdi, bir an belə emosiyaya qapılmadı, təşvişə düşmədi: “Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətə dərin inamın nəticəsi idi”.
İcra başçısı həmçinin cəmiyyətdə ruh yüksəkliyinin yaradılmasında medianın oynadığı roldan söz açaraq deyib ki, müasir texnologiyalarının inkişaf etdyi hazırkı dövrdə informasiya son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır: “Tərtər Rayon İcra Hakimiyyəti mövcud amili hər zaman nəzərə alır, Azərbaycan Mətbuat Şurası ilə birgə layihəsinə əsasən hərbi-vətənpərvərlik mövzusunda yayımlanmış materialları nəzərdə keçirib. Mövzunun təqdimatında fərqlənən KİV-ləri Tərtər Rayon İcra Hakimiyyətinin Mətbuat Şurası ilə birgə təsis etdiyi “Qarabağ” beynəlxalq mükafatı təltif etməyi nəzərdə tutub”.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin aprelində cəbhə xəttində gərginliyin yarandığı dövrdə Tərtərin də hadisələrin episentrində dayandığını vurğulayıb. Deputat həmin müddətdə rayon rəhbərliyi ilə müntəzəm əlaqədə olduğunu və bölgədəki ruh yüksəkliyindən fəxarət hissi keçirdiyini diqqətə çatdırıb: “Azərbaycan mediası da “aprel müharibəsi” zamanı kifayət qədər ardıcıl və peşəkar fəaliyyət göstərdi. Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Əlbəttə, mövcud sahədə müəyyən nöqsanlar da qeydə alındı. Bununla belə kütləvi informasiya vasitələrinin işini yüksək qiymətləndirmək olar. Biz həmin vaxt Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla söhbətlərimiz oldu. Medianın cəmiyyət həyatındakı, xüsusən də hərbi-vətənpərvərlik təbliğatındakı rolunu nəzərə alaraq belə qərara aldıq ki, beynəlxalq miqyaslı “Qarabağ” mükafatı təsis edək. Əlbəttə, hələlik bu mükafatın yerli qaliblərini mükafatlandıracağıq. Mükafatlandırılma zamanı hərbi-vətənpərvərlik mövzusuna və Tərtər rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasına ən çox önəm verən KİV-lər nəzərə alınıb. Gələn ildən başlayaraq biz Qarabağla bağlı xarici media vasitələrində yer almış ən yaxşı məqalələrin müəlliflərini də mükafatlandırmağı nəzərdə tuturuq. Hesab edirik ki, bu yolla Dağlıq Qarabağ həqiqətlərinin təbliğinə daha çox yer vermiş olarıq”. Bundan sonra hərbi-vətənpərvərlik mövzusunun təqdimatında fərqlənmiş və Tərtər rayonu ilə bağlı ən yaxşı materialları təqdim etmiş 8 KİV – “Azərbaycan”, “İki sahil”, “Yeni Azərbaycan”, “525-ci qəzet”, “Xalq qəzeti”, “Respublika”, “Bakı xəbər” və “Xalq cəbhəsi” qəzetləri “Qarabağ” beynəlxalq mükafatına layiq görülüb.
Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Tərtər rayonundan seçilmiş deputatı Sahib Alıyev, MŞ İdarə Heyətinin üzvləri – “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, şair-publisist Zabil Zeynalov və başqaları hərbi-vətənpərvərlik təbliğatının vacibliyini əsaslandıraraq bildiriblər ki, cəbhəyanı bölgə olan Tərtərdə məsələyə həssas yanaşılması olduqca vacibdir. “Qarabağ” beynəlxalq mükafatının təsis edilməsi isə təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin deyil, ümumən bölgənin tarixi və perspektiv imkanlarının təbliği kontekstində mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və KİV rəhbərləri cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler