Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Mosul emeliyyati: 7 bolge azad edildi, 19 yaraqli olduruldu

10 views27/11/2016

09:40

– xeber –
İraq ordusu Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının gedişində daha 7 bölgəni geri alıb və 19 yaraqlını məhv edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, yaraqlılardan 4-ü beynəlxalq koalisiyanın şəhərin cənubundakı Eş-Şəmsiyyat kəndində terrorçuları daşıyan avtomobilə endirdiyi hava zərbəsi nəticəsində, 6-sı hökumət qüvvələrinin Cilyuhan kəndində apardıqları əməliyyatların gedişində öldürülüb. Diclənin şərqində həyata keçirilən əməliyyatda isə 9 terrorçu və bomba yüklü bir avtomobil zərərsizləşdirilib.
İraq Müdafiə Nazirliyindəki mənbələrdən agentliyin müxbirinə verilən məlumata görə, ordu hissələri Mosulun şimalında yerləşən əl-Qahirə məhəlləsinin təxminən üçdəbirini, qərb istiqamətində isə 6 kəndi geri alıb.
Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı artıq 40 gündür ki, davam edir. Əməliyyatlara ABŞ başda olmaqla beynəlxalq koalisiyanın döyüş təyyarələri dəstək verir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler