Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Moskvada azerbaycanlilarin qatildigi kutlevi dava

13 views30/11/2016

10:28

– xeber –
Moskva polisi Rusiya paytaxtındakı Çeremuşinski bazarında mühafizəçilər və azərbaycanlılar arasında atəş açılmasıyla baş verən dava-dalaş faktı üzrə cinayət işi açıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Faktla bağlı cinayət işi açılıb və hadisəni törədənlərin tapılması məqsədilə tədbirlər həyata keçirilir. Polis bölməsinə aparılan vətəndaşların qeyri-qanuni fəaliyyətdə əlinin olub-olmadığı araşdırılır", – mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, Çeremuşinski bazarında mühafizəçilər və azərbaycanlılar arasında dava dünən axşam baş verib. Bazarın sahibinin verdiyi ifadəyə görə, mühafizəçilər onlarla satıcını bazar ərazisindən çıxarmağa çalışıb. Qarşıdurma zamanı iştirakçılardan biri rəqibini travmatik silahdan açdığı atəşlə yaralayıb, xəsarət alan şəxs tibb müəssisəsinə göndərilib. Münaqişə iştirakçıları saxlanılıb. Bundan əlavə, məsələni araşdırmaq və aydınlaşdırmaq məqsədilə Çeremuşinski bazarının direkotoru da polis bölməsinə aparılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler