Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Moqeriniden Azerbaycanla bagli onemli aciqlama

21 views27/02/2016

17:28

19:19 – xeber – Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqının (Aİ) prioritet məsələsi olaraq qalır.
 
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.
 
Xanım F.Moqerini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə məruz qalmış bütün insanlarla həmrəy olduğunu bildirib: “Sülh” sözünün əsl mənasını hələ də bilməyən bir nəsil yetişib. Hazırkı status-kvonun münasib olmadığı sirr deyil. Son ildə cəhbə xəttində şiddətin artdığının şahidi olduq: heç kəs bu yola davam edə bilməz. Münaqişənin beynəlxalq hüquqa uyğun şəkildə sülh yolu ilə həll olunması Aİ-nin prioritet məsələsi olaraq qalır".
 
O, qeyd edib ki, ATƏT-in Minsk qrupu bütün tərəflər üçün məqbul format olaraq BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qüvvəyə minib: "Minsk qrupunun həmsədrləri yeni vasitəçilik cəhdlərinə başlayıblar: o cümlədən xüsusi nümayəndəmiz Herbert Salberin vasitəsilə bu prosesi hər zaman qəti şəkildə dəstəkləmişik. Münaqişə səddi boyu sülhün qurulması tədbirlərini və insanlar arasında əlaqələrin qurulmasını dəstəkləməyə davam edəcəyik. Bu fəaliyyətlə Minsk qrupunun göstərdiyi cəhdlər arasında ziddiyyət yoxdur; uzunmüddətli barışıq baxımından hər iki tədbir mühümdür".
 
Aİ-nin ali nümayəndəsi bildirib ki, Minsk qrupunda aparılan danışıqlarda əsas məsələ münaqişənin hərtərəfli həlli istiqamətində praktiki addımlara dair razılıq əldə etməkdir: "Elə bir neçə ay əvvəl – 2015-ci ilin dekabr ayında həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Prezidenti Serj Sarkisyan hazırkı təkliflər üzərində işləyəcəklərini təsdiq etdilər. Bu vacibdir: son nəticədə iradə göstərib sülhə doğru irəliləmək ölkə rəhbərlərindən asılıdır. Hər kəs təxribat xarakterli bəyanatlardan çəkinərək, yerdə vəziyyəti sakitləşdirməyə borcludur. Son ildə ağır silahlardan istifadə olunub, dinc əhali hədəf alınıb. Hazırkı qeyri-sabitlik hər iki tərəfə baha başa gəlir. Digər tərəfdən, sülh sərhədlərin açılmasına, ticarət və kommunikasiyanın dəstəklənməsinə imkan verər. Sülh sizin bölgəni Avropa ilə Asiya arasında çiçəklənən giriş qapısına çevirər".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler