Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

MN: "Ermeniler itkilerini gizledir"

21 views12/03/2016

10:28

– xeber – Düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır.

 

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən cəbhə xəttində erməni tərəfinin son itkiləri ilə bağlı bildirilib.

 

Məlumatda ermənilərin əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verdikləri bildirilib:

 

"Erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler