Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Misir metbuati Xocalidan yazdi

13 views28/02/2016

13:24

15:21 – xeber – Misirin “Əl-Cumhuriyyə” qəzetində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar məqalə dərc edilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox insanın öz tarixi torpaqlarından çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə ətraflı məlumat verilir.
 
Məqalədə bildirilir ki, Xocalı soyqırımını törətmiş ermənilər və onların havadarları “Cenevrə Konvensiyası”, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” və “Qadın və uşaqların fövqəladə hallarda və silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə” kimi sənədlərin kobud şəkildə pozublar.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilir, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilir, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə çıxış yolu olduğu vurğulanır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler