Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Milli Ordu ile edebi ordunun elaqeleri qirilib…

6 views05/11/2016

07:16

09:09 – xeber – Tanınmış yazıçı Əlabbas Bağırovla görüşüb, ədəbiyyat söhbəti etmək keçdi içimdən. Kifayət qədər diqqət çəkən imza sahibinin oxucu qıtlığı olmasa da, fikirləşdim ki, o, düşüncələrini, ədəbi məhsulunu daha böyük arenada oxucuya çatdırmaq istəyə bilər.
 
Axar.az-ın “Gerçəkləşməyən arzular” layihəsinin budəfəki qonağı yazıçı Əlabbasdır.
 
– Əlabbas bəyin işləri ilə maraqlanan oxucuya hansı məlumatları verək?
 
– Deyin ki, Allah qismət eləsə, üzümüzə gələn il, mayın 5-də 60 yaşının tamamı münasibətilə çapa verdiyi üç kitabın nəşri, redaktə və korrektəsi ilə məşğuldur. Onlardan biri nəsr, digərləri son zamanlar qələmə aldığım hekayə və povestlərdir ki, “Şəbi-hicran” adı ilə çıxacaq. O biri publisist yazılarıdır ki, “Siz yaşa çatmasam” adlanır. Müəllif onu, keçib-gəldiyi qırx illik yaradıcılıq yolunun qələmlə çox dəqiq cızılmış konturlarından ibarət toplunu bilə-bilə roman adlandırıb, həyatının romanı. Digər kitab, “Altmışıncı aşırım” isə yazıçının özü və əsərləri barədə Azərbaycanın ən zəki insanlarının – rəhmətlik akademik Bəkir Nəbiyevin, akademik Tofiq Hacıyevin, nasir Əlibala Hacızadənin, publisist Tofiq Abdinin, şair Cavanşir Eloğlunun və çağdaş ədəbiyyatımızın simasını müəyyən edən bir çox dəyərli söz adamının fikir və düşüncələrindən ibarət bir kitabdır.
 
– Əlabbas bəy, maraqlı, oxunaqlı nəsr əsərlərinin müəllifisiniz. Oxucu qıtlığından, başa düşülməməkdən gileyiniz yoxdur ki?
 
– Qətiyyən. Məni ya normal oxucu səriştəsi olmayan, ya da ürəyində qərəz, qəzəb, kin və ədavət duyğusu olanlar başa düşməyə bilər. Necə ki, bir çoxu bu günə qədər bilərəkdən özünü elə aparıb və hələ də o cür aparmaqda davam edir. Reallıq isə başqa mətləbləri pıçıldayır. İndi çörəyi qulağına yeyən var ki?
 
– Layihəmizin adı – “Gerçəkləşməyən arzular”dır, necə bilirsiniz sizin ədəbi nəslin, ümumilikdə ədəbi çevrədə olanların arzuları daha çox gerçək olub, yoxsa arzu olaraq qalıb?
 
– Arzuları gerçəkləşməyən elə bizik, bizim nəsil. Sonra gələnlərin bizdən fərqi çap problemləri ilə üzləşməmələri olsa da, onları da bizlərin aqibəti gözləyir. Gec-tez biz ya yaxşı nəsr nümunələri, ya da onların müəllifləri ilə xudahafizləşməli olacağıq. Yaradıcı insan öz zəhmətinin bəhrəsini görmürsə, nə vaxta qədər eyforiya içərisində yazıb-yarada bilər? Səni inandırıram, dünənə qədər gur-gur guruldayanların bir neçə ildən sonra heç iniltisi də eşidilməyəcək. Çörək onları hara lazımdır, çəkib ora da aparacaq.
 
– Ümumi danışdınız. Həmsöhbətim olaraq deyin, məsələn, sizin gerçək olmayan arzularınız çoxdurmu?
 
– O qədəəər… Xüsusən də cavanlıqda. “Köhnə kişi” daxil povest və romanlarımın tərcüməsini gecə-gündüz arzulamışam. Bu o vaxtlar olub ki, fərqlənənlər sırasında adım çəkilən qəzet və jurnallardan bir qucaq alıb saxlamışam ki, biri itəndə, heç olmasa, o biri qalsın. İndi fikirləşirəm ki, bir şeyə də bu qədər içdən, dərindən bağlanmaq olarmış yəni? İnsanı rahat buraxmayan da çatmadığı o arzulardır. Axırı nə oldu?.. İndi bəlkə də bunun təəssüfünü mənim qədər dərindən yaşayan ikinci bir insana rast gəlməzsən. Maraq üçün deyim ki, o qəzetlər indi mənə daha çox hörmət gətirib, nəinki o vaxtlar. Daha biz onları, qəzet almağa belə imkanı olmayan qonşulara işlətmək üçün veririk. Onlar da o palaz-palaz qəzetləri sağa-sola istifadə eləyib, şey-şüy büküb, amma bir dəfə də maraqlanmırlar ki, görəsən, qırx ilin qəzetləri nə qələt eləyir bunlarda? Nə bilim, bəlkə də fikirləşib, sadəcə, soruşmağa utanırlar? O da ola bilər.
 
– Konkret, siz yazıçı olaraq nəyi arzulamısınız?
 
– Bu xüsusda tərcümədən də əvvəl arzum o olub ki, kaş Allah məni düz, dürüst adamlara rast eləyə. Təəssüf, hara getmişəmsə, şeytana-şümürə rast gəlmişəm. Həmişə başımın üstə kimsə olub. Tərs kimi, işim həmişə onlardan keçib ki, bu da bir çox şeyin üstündən xətt çəkib. Tutaq ki, ailəli yataqxanada bir otaq almaq naminə iş-gücümü buraxıb, birinə dissertasiya, o birinə roman yazmaq məcburiyyətində qalmışam. Özümə isə vaxt darlığından “Mərənd ölüsü” qalıb. O gümandaydım ki, hər şey daha yaxşı olacaq. Deməmişkən, o vaxtkılar indikilərin yanında toya getməli imiş. Bir o qalır, üzünü ədəbi və elmi mühitdə at oynadanlara tutub deyəsən ki, nə yazırsan-yaz, ay zalım, amma özün yaz. Onsuz da hamı hər şeyi bilir.
 
– Ölkəmiz müharibəyə sürüklənib. Torpaq və insan itkilərimiz var. Yaradıcılığınıza təsiri nə dərəcədədir bu halların?
 
– Çox ağır. Dinc dövrün ədəbi mənzərəsini yaratmaq xoş olmaqdan da əvvəl, bir can rahatlığı, həm də doyulmaz zövq mənbəyidir. İndi nə qədər rahat olsan belə, bilirsən ki, sonda əzrailə imtahandan da betər bir sınaq var. Bu, bütöv bir xalqın, millətin, geniş anlamda isə Azərbaycanın imtahanıdır. Allah eləsin, ondan üzüağ çıxa bilək. Bu mövzu mənə də təsirsiz ötüşməyib. “Gözəl”dən, “Halal qan”dan tutmuş üzübəri bir çox yazım o xüsusdadır. “Qaraqovaq çölləri” isə onun kulminasiya nöqtəsi oldu.
 
– Müharibəni, hələ ki, uduzmuşuq. İnşallah, ordumuz qalib gələcək durumdadır. Ədəbiyyatımız ordumuza dəstək dura bilirmi?
 
– Deməzdim ki, yox. Bəs qədər əsərlər yazılıb. İgidlər vəsf olunub. Sadəcə, Ədəbi Ordu ilə Milli Ordunun əlaqələri qırılıb, mən o bağları görmürəm hazırda. Şou-biznesə ayrılan vaxt və meydan vaxtında ədəbi qüvvələrə verilsəydi, ən azı fərqli mənzərənin şahidi olardıq. Söz vaxtına çəkər, bu günlərdə müdafiə nazirinin “Ədəbiyyat nazirliyi” və onun fəalları ilə görüşməyi məndə olduqca dərin inam hissi yaratdı. Elə bilirəm, yaxşılığa doğru bir xeyli dəyişiklik olacaq.
 
– Nə üçün yazıçılarımız “Müsəlləh əsgər” olmadı? Bir yazıçı olaraq fikrinizi bilmək maraqlıdır.
 
– Onu bilə-bilə, qəsdən, şüurlu şəkildə yaxına qoymayıblar. Sanki gözəgörünməz bir əl var ortada. Günü sabah hansı bir tribun şairimiz istənilən bir hərbi hissəyə gedib qələbə ruhlu şeirlərini oxuya bilər? Oxumağı bir yana, heç gedə bilərmi? Biz niyə, məsələn, Sabir Rüstəmxanlını, Rüstəm Behrudini, Əjdər Olu, Tofiq Qaraqayanı, Avdı Qoşqarı, Elbariz Məmmədlini və digər dəyərli şairlərimizi əsgərlər qarşısında şeir oxuyan görməyək? Məmməd Arazın şeirlərindən bir-iki misranı hərbi hissələrin qarşısında iri lövhələrə həkk etməklə iş bitir ki?
 
– “Qaraqovaq çölləri” romanınız haqda danışıldı. Bir əsgərimizin şücaətini qələmə almısınız və çox da yaxşı yazılıb. Niyə yazıçılarımız elə qəhrəmanları araşdırmır, yəni kobud alınsa da, sanki reklamı gedən qəhrəmandan daha çox yazırlar, amma həqiqətdə canından keçən yüzlərlə oğullarımız var axı.
 
– Milli Ordumuzun qələbəyə gedən yolunu bağlayanlar elə bu mövzuda qələm çalanların işinə pəl vuranlardır, başqaları deyil. Az qala, otuz il olur ki, torpaqlarımızda müharibə gedir, necə ola bilər bu müddətdə bircə dənə də olsun yaxşı, bədii cəhətdən mükəmməl bir nəsr, ya poeziya nümunəsi meydana gəlməsin? Bir ədəbiyyat adamı, zövq əhli kimi, sən buna inanırsan? Onların da qarşısını alıblar, təbliğinə imkan verməyiblər, gözdən salıblar, müəllifi pisikdiriblər. “Bir əsgərimizin şücaətini qələmə almısınız və çox da yaxşı yazılıb” fikrini tək səndən yox, yüzlərlə oxucudan eşitmişəm. Arzularımı soruşursan, gözləyirdim ki, o “Çöl”ün filmini çəkərlər, amma üstümə ordu göndərdilər, top-tüfənglə gəldilər, haqqında yazanlara göz ağartdılar. Buna candan keçən oğul neyləsin? Ya müəllif neyləsin? Mən kino çəkə bilmirəm axı. Reklama-filana da vaxtım yoxdur. Heç orta məktəb dərsliyini yazanlara da ağız açmıram ki, “Halal qan”ı salın kitablara, qoy uşaqlar beyinləri kosmopolit düşüncə ilə dolana qədər bilsinlər ki, necə ləyaqətli bir xalqın övladıdırlar! Kimsənin mənə qarşı antipatiyası və ya ədəbi qısqanclığı varsa, haqqımı halal eləyirəm, hekayəni kimin adından istəyirlər versinlər.
 
– Əlabbas bəy, mövzu, deyəsən, ağır oldu. Müharibə, itkilərimiz və sizə elə gəlmir ki, bəzi məqamlarda da acizliyimiz ürəyimizi ağrıdır?
 
– Qətiyyən elə deyil. Sadəcə, bu işdə “qaydasız döyüşün qaydalarından istifadə olunur”, – deyənə, hər şey elə görünür. Bizə bilərəkdən təlqin olunur ki, zəifik, vuruşa bilmirik, heç nəyə qadir deyilik. Düşüncəmizdən birinci bunu çıxarmalıyıq.
 
– Ədəbiyyatımızın, ədəbiyyat adamlarımızın halı necədir, müşahidələriniz nə deyir?
 
– Məşhur kino qəhrəmanımızın sözü olmasın, çox pərişan. Hələlik ümidverici bir şey görünmür. Bir dəfə, bu, çoxdanın söhbətidir, yazmışdım ki, harada köynəyinin boynu didilmiş, ayaqqabısının dabanı yeyilib əyilmiş, əyni-başı tökülüb itən görürəm, bilirəm ki, qələm əhlidir.
 
– Əlabbas Bağırov imzası siz düşündüyünüz yerdədirmi?
 
– Bu sualınıza cavabı 60 ilə ancaq yazıb tamamladığım həyat tarixçəmdən bir parça ilə verəcəyəm ki, o, bütöv halda “Şəbi-hicran”dadır: “Əgər Uca Tanrı özünün xəlqetmə qüdrətindən balaca bir pay da qələm əhlinə qismət eləyibsə və öz növbəsində o da, yəni yazıçı insanın özünü də olmasa, bədii obrazını yaratmaq kimi bir kəramət yiyəsi ola bilirsə, tək vəsfəgəlməz bu şəfqət naminə bilə-bilə özünü həyatın bir çox zövq və səfasından məhrum etməyə dəyərmiş. Dolayısı ilə Məmməd əmi də elə onu deyirdi: “Aldada bilirəm özümü hərdən, özümə xoş gəlir bu qəbahətim…”
 
– Yordum sizi? Bu müddətdə bir hekayə də yaza bilərdiniz. Sağ olun.
 
– Daha tələsən yerim yoxdur. İndi guya ilhamla deyil, ağılla iş görürəm. Görək bu nə gətirəcək mənə…

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler