Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Millet vekili xestexanada jurnalisti ziyaret etdi – Foto

18 views09/11/2016

20:52

22:49 – xeber – Millət vəkili Qənirə Paşayeva jurnalist Zabil Müqabiloğlunu xəstəxanada ziyarət edib.
 
Musavat.com-un verdiyi xəbərə görə, bu barədə məlumatı jurnalist Jalə Mütəllimova özünün facebookdakı səhifəsində yayıb.
 
Jurnalistin həmin statusunu təqdim edirik: " Qənirə Paşayeva ilə Zabilə baş çəkdik. Sabah səhər birinci əməliyyata girəcək. İnşallah ki, nəticə yaxşı olsun. Dualarınızı əsirgəməyin. Millət vəkili yox, həmkar Qənirəyə əməliyyatın sürətləndirilməsi işinə görə çox sağ ol deyirəm…”
 
Qənirə Paşayeva deyib ki, Səhiyyə nazirliyinin və Tibb Universiteti rəhbərliyinin təşəbbüsü ilə jurnalist üzərində çətin əməliyyat ən yaxşı həkimlərə həvalə olunub və təmənnasız aparılacaq.
 
Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler