Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Millet vekili: İmkanlarimiz artdiqca…

9 views21/11/2016

13:32

– xeber –
Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinləri qəbul edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili rayon sakinlərinin müraciətlərini dinləyib və problemlərin həlli istiqamətində müvafiq qurumlara müraciət edib.
Müraciətlər əsasən iş, mənzil, xəstəliklərin müalicəsi, ünvanlı sosial yardım problemləri və xəstəliyə görə əlillik pensiyası almaqla bağlı olub.
Q.Paşayeva ona müraciət edən xəstələrin Bakı və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib, fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumun rayondakı nümayəndələri ilə müzakirələr aparıb.
Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Bir sıra I və II qrup əlillərin reablitasiya mərkəzində müalicə xahişini müvafiq qurumlara çatdıran millət vəkili onlara dəstək göstərilməsini xahiş edib.
Görüş zamanı vətəndaşların digər bir sıra problemlərinin həlli istiqamətində də müvafiq qurumlarla danışıqlar aparılıb.
Prezidentin rəhbərliyi altında ölkədə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə məlumat verən deputat bildirib ki, imkanlar artdıqca bir sıra digər problemlər də həllini tapacaq.
Millət vəkili kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler