Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Metyu Brayza: “Butun gunah Merkeldedir”

19 views11/03/2016

10:48

12:42 – xeber – Rusiya Prezidenti Vladimir Putin bilir ki, Ukrayna NATO üzvü deyil və ona görə də Kiyevlə bağlı addımlarında rahatdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın “Espresso TV” kanalına müsahibəsində ABŞ-ın Azərbaycandakı eks-səfiri Metyu Brayza söyləyib. Onun sözlərinə görə, 2008-ci ildə keçirilən Buxarest sammitində Ukraynanın NATO-ya üzv olmaması əsil faciə idi:
 
“Buna görə bütün məsuliyyət Almaniya kansleri Angela Merkelə aiddir. Prezident Corc Buş o zaman mübarizə apardı, amma mübarizəni xanım Merkel uddu. Merkel indi dəyişib. Məhz Rusiyanın Ukraynaya hücumu onu dəyişdirib. Ukraynada hazırkı siyasi situasiya onun NATO-ya üzv olmasına imkan vermir”.
 
Qeyd edək ki, Buxarest sammiti 2008-ci ildə baş tutub. Bu sammitdə Albaniya və Xorvatiya NATO-ya üzv qəbul olunublar, Gürcüstan və Ukraynanın da NATO-ya üzv olacağı gözlənilsə də, sonda Almaniya və Fransa buna qarşı çıxıblar. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler