Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Meshur futbolcunun ayagi sindi

14 views28/11/2016

11:36

– xeber –
İtaliya A seriyasının XIV turunda “Cenoa”ya səfərdə məğlub olan “Yuventus”, eyni zamanda iki aparıcı futbolçusunu itirib.
APA-nın məlumatına görə, müdafiəçilər Leonardo Bonuççi və Dani Alveş sıradan çıxıblar.
Bonuççi 33-cü, Alveş isə 79-cu dəqiqədə zədələndiyi üçün mübarizəni davam etdirə bilməyib. İtaliyalıdan fərqli, Braziliya millisinin üzvünün durumu ağırdır. İlkin tibbi müayinədən sonra yayda “Barselona”dan alınan Alveşin sol baldır sümüyündə qırıq aşkarlanıb. Həkimlər 33 yaşlı oyunçunun ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Lakin hər iki oyunçu ilə bağlı yekun qərar bu gün MRT-dən keçdikdən sonra veriləcək.
Qeyd edək ki, “Cenoa”ya 1:3 hesabı ilə məğlub olan “Yuventus” 14 turdan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler