Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Meshur alimin kitabi Azerbaycan dilinde – İlk defe

7 views26/11/2016

15:40

– xeber –
Kainat haqqında, həqiqətən, nə bilirik? Bunu necə bilirik? Kainat haradan gəlir və hara gedir? Bu suallar Stiven Hokinqin 1988-ci ildə nəşr edilən “Zamanın qısa tarixi” kitabının mövzusunu müəyyən etmişdi.
Kitab “Sunday Times” qəzetinin bestsellerlər siyahısında 4 ildən artıq qalmış və dünyadakı hər 750 nəfərdən biri bu kitabı oxumuşdu. Bu statistika müasir fizikanın ən çətin problemlərindən bəhs edən bir kitab üçün çox böyük uğur idi.
Modern.az xəbər verir ki, “Zamanın daha qısa tarixi”, Stiven Hokinq və Leonard Mlodinov tərəfindən yazılmış, “Zamanın qısa tarixini”nin yenilənmiş və elmdəki son kəşflər nəzərə alınmaqla zənginləşdirilmiş versiyasıdır.
Bu kitab müəyyən mənada “daha qısa” olsa da, əsas anlayışları əvvəlki kitabdan daha detallı izah edir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab, antik dövrlərdən günümüzdəki müasir kosmologiya anlayışına doğru inkişafı, müxtəlif elmi nəzəriyyə və anlayışları, Kainatın daha dərindən və bütünlükdə anlaşılması üçün elmin mümkün araşdırma istiqamətlərini oxucuya çatdırır.
Kitab, Azərbaycan dilində nəşr olunan ilk elmi-kütləvi kitabdır.
Kitabı Orxan Əmrullayev tərcümə edib. Elmi redaktoru isə Yalçın İslamzadədir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler