Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Merkezi Bank telim kecirecek

25 views08/11/2016

18:28

20:22 – xeber – Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılmasına yönəldilmiş təlim keçiriləcək.
 
Qurumun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, beynəlxalq maliyyə təşkilatları və digər dövlət orqanları ilə birgə həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində bir sıra bank və maliyyə qurumlarının iştirakı ilə 2015-2016-cı illərdə tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər keçirib.
 
Sözügedən təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Mərkəzi Bank bu ilin noyabr-dekabr aylarında növbəti təlimlərin keçiriləcəyini elan edir.
 
Təlim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək. Bu mərhələdə seçilmiş tələbələr növbəti – ikinci mərhələdə iştirak hüququ əldə edəcəklər.
 
İkinci mərhələdə tələbələr Əmanətlərin Sığortalanması Fondu, Amrahbank, Bakı Sığorta, DəmirBank, “FINCA Azərbaycan”, AccessBank və Unibankda tədris səfərlərində olacaq və müxtəlif seminarlarda iştirak edəcəklər.
 
Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq imkanı qazanacaqlar.
 
Təlimdə III və IV kurs tələbələri iştirak edə bilər. Qeydiyyat üçün CV-ləri 21.11.2016-cı il, saat 18:00-dək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler