Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Merhum sairin 80 illik yubileyi kecirildi

14 views26/11/2016

13:28

– xeber –
Rəşid Behbudov adına Mahnı Teatrında şair İbrahim Göyçaylının yaradıcılıq gecəsi keçirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, mərhum şairin 80 illik yubileyinə həsr olunan tədbir Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin təşkilatçılığı ilə baş tutub. İctimai-siyasi xadimlərlə birgə şairin qələm dostlarının da iştirak etdiyi tədbirdə İbrahim Göyçaylının həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub, sözlərinə bəstələnmiş musiqilər səsləndirilib, şeirləri oxunub.
Gecədə professor Aqşin Babayev, tənqidçi Vaqif Yusifli, professor Şövqi Göyçaylı, şair Oqtay Rza və başqa çıxışçılar İbrahim Göyçaylı ilə bağlı xatirələrini danışıb, şairin yaradıcılığını geniş təhlil edib.
Qeyd edək ki, İbrahim Göyçaylı uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı müvafiq sərəncamla “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən İbrahim Göyçaylı 2007-ci ildə 70 yaşında dünyasını dəyişib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler