Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"Men onu mehkemeye vererem…" – Baba sert danisdi (FOTO)

12 views25/11/2016

15:08

25 Noyabr 2016 17:05 – xeber –
"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı olan bəstəkar Baba Qədirli maraqlı açıqlamalar verib: "Asif mənimlə əlaqə saxladı və dedi ki, bir məsələ var, onunla bağlı görüşməliyik. Görüşdük. Mahnının fars versiyasını göstərdi, dedi, buna söz yazılmalıdır. Mayın birində əlaqə saxladı və bir gün sonra mən mahnını təhvil verdim. Çox bəyəndi. Təəccübləndi. Söylədi ki, sən elə bil, bu mahnını mənim üçün yazıb saxlamışdın ki, nə vaxtsa verəsən. Mən bu mahnını yazdıqdan sonra özümü alqışladım. Ünvanlı şəkildə yazılıb. Asif mənə dedi ki, mahnıda bəzi sözlər, məsələn, "şərab", "içmək" sözləri olsun. Mən beynimdə ssenarini qurdum. Asif dediyi məqamları da əlavə etdim. Mahnıdan sonra mənim həyatımla bağlı bəzi şeylər düzəldi". 
Olkem.az xəbər verir ki, Asif Məhərrəmov bu mahnının bəyəniləcəyinə, hitə çevriləcəyinə ümidli olmadığını söyləsə də, bəstəkar belə düşünmürmüş:  "Fikirləşirdim ki, mahnıya bir milyon, iki milyon insan qulaq asar. Bu da böyük nəticə olardı. Mahnı yükləndikdən sonra bir həftəyə yeddi yüz min baxış oldu. Hansı ki, belə bir göstəricini ancaq Röya Ayxan göstərə bilir. Səkikizinci gün mahnı müəmmalı şəkildə silindi. Sonra Fərid Ağanın kanalına atıldı. İndi baxış dörd milyondan çoxdur. Silinmiş nəticəni də üzərinə əlavə edəndə, beş milyona yaxın edir". 

milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler