Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Memmedyarov gurcu hemkari ile gorusdu – Foto

15 views19/02/2016

08:24

10:19 – xeber – Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə ikitərəfli görüşü başlayıb.
 
APA-nın məlumatına görə, görüş Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun və Gürcüstanın Xarici İşlər naziri Mixail Canelidzenin rəhbərliyi ilə nümayəndə heyətləri arasında keçirilib.
 
Görüş bu gün Tiflisdə keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.
 
Gürcüstan xarici işlər nazirinin müavini Giqi Giqiladze jurnalistlərə açıqlamasında bu gün xarici işlər nazirləri səviyyəsində növbəti V görüşün keçiriləcəyini bildirib:
 
"Bizim münasibətlər aktiv inkişaf edir. Bir neçə gün əvvəl nəqliyyat nazirlərinin görüşü keçirilib. Bundan başqa bu gün ikitərəfli görüşlər də nəzərdə tutulur. İkitərəfli görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşlməsi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".
 
Nazir müavini bildirib ki, üçtərəfli görüşdən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında bəyannamə imzalanacaq: "Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlarımız ifadə olunacaq. Sənəd imzalandıqdan sonra nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax sahəsinə baxış keçirəcəklər".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler