Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Medet Quliyev: "Bu prioritet vezifedir"

29 views19/02/2016

13:00

– xeber – Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Duranla görüşüb.

 

Dövlət Komissiyasından Axar.az-a verilən məlumata görə, görüşdə nümayəndəliyin yeni rəhbəri xanım Elena Aymone Sessera da iştirak edib.

 

Dövlət Komissiyasının sədri Mədət Quliyev xanım Denis Duranın Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. M.Quliyev BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə Elena Aymone Sesseranı təbrik edərək, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

 

Mədət Quliyev qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir. Komissiya sədri ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu söyləyib.

 

Denis Duran və Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Dövlət Komissiyasının sədrinə təşəkkürlərini bildiriblər. Denis Duran Azərbaycanda fəaliyyət göstərdiyi üç ildən artıq müddətdə BQXK-nın buradakı nümayəndəliyi ilə general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi xidmətlər arasında daim sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bunu yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından işgüzar əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler