Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Mecburi aldirilan ders vesaitleri mecburi deyilmis – Video

7 views26/11/2016

20:32

– xeber –
Vətəndaş dərs vəsaitinin fərqli, daha doğrusu, baha qiymətə satılmasından şikayətlənir.
Məsələ burasındadır ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan əlavə vəsaitlər, testlər və ya iş dəftərləri hər il fərqli qiymətə satılır. Vəsaitin içində çox cüzi dəyişiklik edilir və ya üz qabığının rəngi yüngülvari dəyişdirilir və yeni versiya kimi təqdim edilərək qiyməti qaldırılır.
Xəzər Xəbər məlumat verir ki, əlavə vəsaitlərin ilbəil cüzi dəyişikliklə baha satılması məsələyə nəzarət mövzusunu gündəmə gətirir.
Əslində biz yox, aidiyyəti qurumlar məsələyə müdaxilə etməlidir.
Təhsil Nazirliyinin Tədris Resursları şöbəsindən bildiriblər ki, dərslik komplektindən kənar vəsaitlərin çapı nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Onlar bu vəsaitlərin qiymətini müəyyən etməkdə sərbəstdirlər. Nə qədər təəccüb doğursa da, şobədən bildiriblər ki, dərslik komplektindən kənar vəsaitlərin alınması vacib deyil. Halbuki həmin vəsaitlər məhz müəllimlərin tapşırığı ilə alınır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler