Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

MB ucot derecesini yene artiracaq – Ekspert

33 views12/03/2016

09:16

11:11 – xeber – Güman  olunur ki, yaxın vaxtlarda uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul ediləcək.
 
Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert uçot dərəcəsinin artırılmasının gündəmdə olduğunu bildirib:
 
“Bu, manatla yığımların həcminin artırılması baxımından Mərkəzi Bank üçün də əhəmiyyətlidir. Nəzərə alsaq ki, uçot dərəcəsi ilə kommersiya banklarının kredit faizləri arasında böyük fərq var, kommersiya banklarının kredit faizləri uçot dərəcəsindən mikrokreditləri üzrə 3,5, istehlak kreditləri üzrə isə 4,2 dəfə çoxdur. Uçot dərəcəsinin artırılması bu fərqi aradan qaldıracaq. Əgər MB uçot dərəcəsinin artırılmasına uyğun olaraq mərkəzləşdirilmiş kreditlərin həcmini artırarsa, bu, bankların manat likvidliyinə müsbət təsir göstərəcək. Bunun üçün həmin kredit resurslarına çıxış imkanlarının gücləndirilməsinə və onların banklar arasında şəffaf şəkildə bölüşdürülməsinə ehtiyac var. Bu, baş verəcəyi halda banklar uçot dərəcəsinə uyğun olaraq MB-dən manatla mərkəzləşdirilmiş kreditlər cəlb edə biləcəklər. Uçot dərəcəsinin artırılması, əslində, manata görə ödənişlərin faizinin artırılması deməkdir. Uçot dərəcəsinin artırılması təkcə manatın likvidliyinə deyil, eyni zamanda, əmanətlərin sığortalanması faizinə də təsir göstərəcək. Çünki bu halda artıq banklar manatla yığımlara daha çox divident ödəmək imkanlarına malik olacaqlar”.
 
Qeyd edək ki, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, banklarda manat likvidliyinin artırılmasının ən doğru yolu dedollarizasiya prosesidir. Onun sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsini 15 faizədək qaldıracağı təqdirdə, likvidlik problemi həll olunacaq.
 
Məlumat üçün bildirək ki, Mərkəzi Bank martın 4-də uçot dərəcəsini 7 faizə qaldırıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler