Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

MB adindan saxta sened hazirlayanlar cezalanacaqmi?

36 views11/03/2016

20:00

21:57 – xeber – Ölkəmizin valyuta sistemində meydana çıxmış məlum problemlərdən sonra bəzi işbazlar yaranmış vəziyyətdən sui-istifadə edərək yüksək gəlir əldə etmək məqsədilə müəyyən cinayətkar hərəkətlərə start veriblər. Onlar bu cür qanunsuz hərəkətlərini əsasən əhali arasında panika yaratmaq üsulu ilə həyata keçirirlər.

Bu sözləri Axar.az-a hüquqşünas-ekspert Sadiq Əfəndiyev Mərkəzi Bankın adından hazırlanan saxta sənəd barədə danışarkən deyib.

Onun sözlərinə görə, sosial şəbəkədə bu cür saxta sənədin yayılması işbazların oyunudur:

“Bu günlərdə guya 18 mart 2016-cı il tarixindən etibarən təkvalyutalı sistemə qayıdılması, qeyd olunan tarixdən etibarən 1 (USD) dolların 1,2833 (AZN) manat səviyyəsində təyin ediləcəyi barədə Mərkəzi Bankın adından tərtib olunmuş saxta sənədin sosial şəbəkələrdə paylaşılması qeyd olunan cinayətkar hərəkətlərin bariz nümunəsidir.

Hazırda həssas iqtisadi şəraitdə bu cür qanunsuz əməllərin hansı dərəcədə ictimai təhlükə doğurmasını təsəvvür etmək çətin deyil. Hər bir halda saxta sənədi hazırlayıb paylaşan şəxslər ən azından bilavasitə arzuladıqları cinayətin törədilməsinə yönəlmiş hərəkətləri həyata keçiriblər. Ona görə də bu hərəkətlər təkcə təkzib yox, eyni zamanda cinayət təqibi qaydasında araşdırılmalı və cəzalandırılmalıdır”.

Qeyd edək ki, ötən gün gecə saatlarında sosial şəbəkədə Mərkəzi Bankın rəsmi blankında kommersiya banklarına göndərildiyi bildirilən “məktub” yayımlanıb. Ciddi qüsurları olan məktubda martın 18-dən etibarən dolların kursunun 1,28 manata endiriləcəyi, üzən məzənnə siyasətindən imtina ediləcəyi və təkvalyutalı siyasətə keçiləcəyinə aid məlumat verilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler