Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Masin bazarinda canlanma: qiymet qalxir – Video

22 views06/11/2016

22:08

00:06 – xeber – Bölgələrdəki bəzi maşın bazarlarında canlanma müşahidə olunur.
 
Axar.az Xəzər xəbər-ə istinadla xəbər verir ki, Rusiya istehsalı olan avtomobillərə tələbat artıb. Bəzi bölgələrdə isə durğunluq yaşanır.
 
Bərdədə yerləşən maşın bazarında alıcılar əsasən, Rusiya istehsalı olan və qiyməti 3-5 min manat arasında dəyişən avtomobillərə üstünlük verirlər. Həm satıcılar, həm də alıcılar bu maşınların daha sərfəli olduğunu deyirlər. Satıcılar son günlərdə avtomobillərin qiymətində artım olduğunu da bildiriblər.
 
Gəncədəki bazarda isə durğunluq yaşanır. Lakin burada da daha çox Rusiya istehsalı olan avtomobillər satılır.
 
Satıcılar qiymətlərin dəyişmədiyini, lakin müştəri tapmaqda da çətinlik çəkdiklərini deyirlər. Alıcılar isə əksini iddia edir.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler