Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Masallida dehseti qeza: Ölen ve yaralanan var – Yenilendi

20 views24/11/2016

22:52

– xeber –
2016.11.24. 20:04
Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza bu gün saat 18.30 radələrində Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Mercedes" markalı minik avtomobili yolun kənarı ilə gedən iki piyadanı vurub. Piyadalardan biri hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəzanı törətmiş sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisə yerindən qaçmış sürücünün saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***
Masallıda yol-nəqliyyat qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə noyabrın 24-də axşam saatlarında Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik açıqlanmayan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən piyadaları, Cəlilabad rayon sakinləri, 1960-cı il təvəllüdlü Ziyafət Tarverdi oğlu Fərzəliyevi və 1962-ci il təvəllüdlü Nəsimi Əhmədağa oğlu Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanaraq istintaqa cəlb olunub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler