Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Makaryan: “Boyuk sirketlerimiz baglana biler”

7 views21/11/2016

13:08

– xeber –
Ermənistanda böyük şirkətlər bağlana bilər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan söyləyib. Onun sözlərinə görə, son günlər Ermənistan əhalisinin alıcılıq qabiliyyəti kəskin şəkildə azalıb:
“Bununla bərabər, ticarət dövriyyəsi də azalıb. Vergi xidmətinin əməkdaşları biznesin cərimələnməsi yox, onun vaxtında xəbərdar edilməsi haqqında düşünməlidirlər. “Aştarak-Kat” böyük şirkət idi. Burada yüzlərlə insan çalışırdı və on milyonlarla dram vergi verirdi. Dövlət bunu görməzdən gələ bilməz. “Aştarak Kat” bazarda o qədər böyük yerə sahibdir ki, onu yerini qısa zaman ərzində doldurmaq mümkün deyil”.
Qeyd edək ki, “Aştarak Kat” Ermənistanın ən böyük süd istehsalçısı olan şirkətdir. Şirkət bir müddət öncə vergi borcları ucbatında fəaliyyətini dayandırıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler