Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Mahsun: “Terror kimden gelirse-gelsin…”

30 views18/02/2016

22:52

00:46 – xeber – Türkiyəli məşhurlar Ankarada baş verən terror hadisəsini qınayıblar.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Türkiyənin məşhur simaları sosial şəbəkədə Ankaradakı qanlı terror olayına etiraz ediblər:
 
Sibel Can: “Yenə də qan. Yenə can getdi. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Yaxınlarına Allah səbir və dözümlülük gücü versin”.
 
Mahsun Qırmızıgül: “Terror, savaş, ölüm, barbarlıq – adı nə olursa-olsun, kimdən gəlirsə-gəlsin, min dəfə lənət olsun!”
 
Hakan Şükür: “Ankaradakı terror hücumunda həlak olanlara rəhmət, yaralılara şəfa, yaxınlarına səbir diləyirəm”.
 
Hadisə: “Artıq buna son qoyulsun! Daha çox canımız yanmasın!”
 
Acun İlıcalı: “Ankarada baş verən terror hücumunda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm”.
 
Pətək Dinçöz: “Terrorun hər formasına lənət olsun!”
 
Xatırladaq ki, dünən axşam saatlarında Türkiyənin paytaxtı Ankara şəhərində qanlı terror törədilib. Hadisə nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler