Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Magistraturaya qebulda yenilik

24 views30/12/2015

21:02

30 Dekabr 2015 22:58 – xeber –
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları dəyişib. Olkem.az xezerxeber.com-a istinadən xəbər verir ki, gələn ildən etibarən həm magistraturaya sənəd qəbulunda, həm də imtahan zamanı bir sıra yeniliklər tədbiq ediləcək.
Yeni qaydalara əsasən, buraxılış kurslarında təhsil alanlar istisna olmaqla, ali təhsil müəssisələrində və elmi təşkilatlarda oxuyanlar, paralel olaraq magistraturaya qəbul üçün ərizə verə bilməzlər.
Yeniliklər  Azərbaycan Milli Elmlər Akademiyasının qəbul qaydalarına da şamil ediləcək. Magistraturaya ərizələrin qəbul edilməsi qaydası da dəyişib. Bundan sonra bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında "Bakalavrın elektron ərizəsi"ni doldurmalıdırlar. Azərbaycan vətəndaşları ərizələrini internet vasitəsilə özləri , xarici vətəndaşlar isə Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər. İmtahanda eyni bal toplayan namizədlərin arasında seçim aparılarkən isə preoritetlər müəyyənləşib.
Digər bir dəyişiklik ixtisas seçimi ilə bağlıdır. Qüvvədə olan qaydaya əsasən hər hansı bir ixtisasa yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində təhsil müəssisəsində qeydiyyatdan keçirməlidir. Əks təqdirdə əziyyəti boşa gedəcək.

mənbə : milli.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler