Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Magazadan ogurluq eden qadin bele goruntulendi – Video

8 views12/09/2017

23:51


[r32]
– xeber –
Bakıda mağazada müştəri oğurluq edib. Yaşlı qadın digər müştərinin alış-veriş səbətindən portmanatını oğurlayıb. Oğurluq anı isə marketin təhlükəsizlik kamerasına düşüb.
Görüntülər mağazanın təhlükəsizlik kamerasına düşüb. Zərərçəkmiş Gülnar Məmmədova Xəzər Xəbər-ə bildirib ki, hadisə ötən gün axşam saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki mağazalardan birində baş verib.
Görüntülərdən də aydın olur ki, xanım vitrinlərdən müəyyən ərzaq məhsulları alaraq səbətə qoyur. Bununla yanaşı o, içində 300 manat pul, sənədləri və bankomat kartı olan portmanatı da həmin ərzaq məhsullarının yanına qoyaraq digər vitrinə tərəf gedir.
Səbətin yiyəsiz olduğunu görən təxminən 50-55 yaşlı qadın ona yaxınlaşıb ətrafa göz gəzdirir. Sahibinin səbəti nəzarətsiz qoyduğunu görən qadın portmanatı götürür. O, hətta kassaya yaxınlaşana qədər portmanatı açıb içindəki pulları da götürür.
Zərərçəkmiş Gülnar Məmmədova isə hadisədən kassada aldığı məhsulların pulunu ödəmək istəyərkən xəbər tutub. O, əvvəlcə marketin rəhbərliyini müraciət edib. Mağazanın təhlükəsizlik kamerasına baxış keçirilərkən zərərçəkmiş qarətçinin qadın olduğunu müəyyən edib. Dərhal Gülnar Məmmədova ərazi üzrə 13-cü polis bölməsinə məlumat verib. Bölmədən aldığımız məlumata görə, hələki qadının kimliyi müəyyən edilməyib. Amma əməliyyat-axtarış tədbirləri aparılır.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler