Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Lukasenkonun Azerbaycana sefer proqrami aciqlandi

13 views25/11/2016

14:08

– xeber –
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu il noyabrın 28-29-da baş tutacaq rəsmi səfərinin proqramı açıqlanıb.
Report xəbər verir ki, səfər proqramına Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqların aparılması daxildir.
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədin imzalanması gözlənilir.
A.Lukaşenkonun Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler