Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Lukasenko Fexri ve Şehidler xiyabaninda – Foto

13 views29/11/2016

10:24

– xeber –
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 29-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək məzarları üzərinə güllər qoyub.
Fəxri Xiyaban ziyarətindən sonra Aleksandr Lukaşenko noyabrın 29-da Şəhidlər Xiyabanını ziyarət edib.
Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Belarus Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.
Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler