Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Lezgi Teatrinda tamasa: “Multikulturalizm ili”

35 views27/02/2016

22:36

00:31 – xeber – Qusar Dövlət Ləzgi Dram Teatrında azsaylı xalqların adət-ənənələrindən bəhs edən yeni tamaşa hazırlanır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan “Sədəf” adlı tamaşa ucqar dağ kəndində yaşayan iki gəncin sevgisi və yerli toy adət-ənənələrindən bəhs edir.
 
Teatrın direktoru, tamaşanın quruluşçu rejissoru Faiq Qardaşov bildirib ki, azsaylı xalqların adət-ənənələrindən bəhs edən səhnə əsəri təsadüfi seçilməyib. Bu tamaşa Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar repertuara salınıb.
 
Yeni tamaşanın premyerası martın 1-də Qusar şəhər Mədəniyyət Mərkəzində keçiriləcək. Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler