Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Lenkeranda qeza: yaralilar var

107 views28/02/2016

15:16

17:14 – xeber – Ələt-Astara magistralının 199-cu km-də, yolun Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
 
Report xəbər verir ki, "42-BM-205" dövlət qeydiyyat nişanlı "VAZ-21015" və "90-LS-179" dövlət qeydiyyat nişanlı "VAZ-21007" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər yaralanıb.
 
Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 56 yaşlı Mamusta kənd sakini Səməd Dadaşovun və 26 yaşlı Ramil Quliyevin vəziyyəti daha ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər.
 
Şahidlərin sözlərinə görə, qəzaya "VAZ-21007"nin ötmə əməliyyatını düzgün etməməsi və qarşı tərəfə çıxması səbəb olub.
 
Ağır xəsarət alanlardan birinin də "VAZ-21007"nin sürücüsü olduğu bildirilir.
 
Fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qəzanın səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler