Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Lenkeranda er ve arvadinin meyiti tapildi – Foto

11 views22/11/2016

11:56

– xeber –
Lənkəran şəhərində ər və arvadının meyitləri tapılıb.
Report-un verdiyi məlumata görə, meyitlər şəhərin Şəhidlər xiyabanı küçəsi 10 ünvanında aşkarlanıb. Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Allahverdiyevlərin yaşadıqları evdə cəsədi tapılıb.
Hüquq mühafizə orqanları hadisə yerini müayinə edib. Meyitlər Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
İlkin məlumatlara görə, Aydın Allahverdiyevin üz nahiyəsində əzilmiş-kəsilmiş xəsarətlər aşkarlanıb. Ölən şəxlərin hər ikisinin üz nahiyəsində qan izləri olub.
Faktla bağlı araşdırma aparılır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler