Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kritik Kipr danisiqlari baslayir

11 views07/11/2016

12:04

14:01 – xeber – Bu gün İsveçrədə Kipr danışıqları start götürəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, danışıqlar ilk dəfə vasitəçilərin iştirakı olmadan keçiriləcək. Görüşdə əsas müzakirə mövzusu Kiprin statusu, idarəçiliyi və ada ərazisində başqa ölkənin bazasının yerləşdirilməsi məsələsi olacaq.
 
Cənubi Kiprdən olan həmkarı ilə görüşdən öncə Türkiyə mətbuatına açıqlama verən Şimali Kipr lideri Mustafa Akınçı Kiprin idarəetməsi məsələsinin növbəli sədrlik prinsipi əsasında həll edilməli olduğunu bəyan edib. O, bu məsələnin yer almayacağı heç bir sənədə imza atmayacağını bildirib. Cənubi Kipr isə öz növbəsində Şimali Kiprdən Türkiyə ordusunun çıxarılmasını tələb edib.
 
Qeyd edək ki, Kipr problemi artıq 40 ildən çoxdur mövcuddur. Millətçi yunanların aktivləşməsi və türkləri adadan sıxışdırmaq istəməsi sonradan Ankaranın buna açıq etirazına səbəb olub. 1974-cü ildə Türkiyə Kiprə desant çıxarıb və tezliklə ada iki yerə bölünüb. Adada yaradılan Şimali Kipr Türk Cümhuriyyəti indiyə qədər Türkiyə xaric heç bir dövlət tərəfindən tanınmır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler