Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kremlin Qarabagin helli ucun sertleri var – Katler

13 views24/11/2016

10:56

– xeber –
Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ABŞ-ın və Qərbin maraq dairəsindən çıxıb.
Trend-in məlumatına görə, bu fikir Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katlerin “The Prince Arthur Herald” jurnalındakı məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, hazırkı mürəkkəb və dəyişkən vəziyyətdə Cənubi Qafqazın aparıcı ölkəsi – neft və qazla zəngin Azərbaycan artan təzyiqlərlə üzləşir: "Amerikanın lazımi dəstəyindən məhrum olmuş Azərbaycan regiondakı vəziyyətə uyğunlaşmağa məcbur olur və bununla da diplomatik manevrlər üçün ehtiyat saxlayır".
Müəllifin fikrincə, Qərbin regionda marağının azalması səbəbi ilə Rusiya Azərbaycanla Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli (və ya həll olunmaması) üçün üstünlüyü ələ alıb.
R.Katler yazır ki, Kreml Dağlıq Qarabaş münaqişəsinin həlli üçün şərtlər təklif edib:
"Bu təklifə əsasən, Ermənistan Azərbaycan torpaqlarının mərhələli azad edilməsi müqabilində iqtisadi və tranzit əlaqələri bərpa edə bilər. Ermənistan bu ideyanı bir neçə il əvvəl qəbul etsə də, daha sonra işğal olunmuş yeddi rayondan ikisini qaytarmayacağını elan etmişdi".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler