Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kremle boyuk zerbe hazirlanir: Trampin yolu kesilir

8 views21/11/2016

12:16

– xeber –
ABŞ Konqresi Rusiya siyasətinə qarşı yeni qanun layihəsi qəbul etməyə hazırlaşır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Yeni qanun layihəsi Donald Trampın Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılmasına mane ola bilər. Qanun senatorlar Con Makkeyn və Lindsi Qrem tərəfindən hazırlanıb:
“Qanun layihəsinin həm Senat, həm də Nümayəndələr Palatasında qəbul edilməsi planlaşdırılır. Senatın Hərbi Qüvvələrlə İş üzrə Komitəsinin rəhbəri Con Makkeyn xüsusilə Rusiya ilə əməkdaşlığa sərt münasibət bəsləyir. Senatorlar Trampın inauqurasiya mərasiminə qədər Ukrayna, Gürcüstan və Estoniyaya səfər etmək niyyətindədirlər. Onlar bu ölkələri Vaşinqtonun Rusiyaya qarşı öz siyasətini dəyişdirməyəcəyinə inandırmağa çalışacaqlar. Üstəlik, Xaricdə Əməliyyatlarla bağlı Komitəyə rəhbərlik edən Qrem də ABŞ-ın Avropadakı müttəfiqlərinə yardımların artırılmasına çalışacaq”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler