Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

Kremlden turk esgerlerine hucum aciqlamasi

12 views28/11/2016

20:52

– xeber –
Rusiya lideri Vladimir Putin Suriyada türk əsgərlərinə edilən hücumda rus təyyarələrinin iştirak etmədiyini şəxsən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
O, 26 noyabrda tərəflər arasında baş tutan telefon əlaqəsi zamanı Suriya konflikti ilə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib:
“Əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə olundu. Lakin həssas mövzu olduğu üçün bunu ictimaiyyətə açıqlaya bilmərik”.
Kreml sözçüsü onu da əlavə edib ki, liderlər 2017-ci ildən tez görüşməyəcək.
Qeyd edək ki, Suriyanın Əl-Bab şəhərində İŞİD tərəfindən törədilən təxribat nəticəsində 3 türk əsgəri şəhid olmuşdu.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler